|
2009-cu ilin sonunda Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC) Azərbaycanda BTC/CQBK Klinli Siyirtmələrin Elektrik Təchizatı üçün Podratçı qismində TelcoPlus şirkətini seçmişdir. 19 Klinli Siyirtmənin Azərenerji enerji istehsalçısına və vahid enerji sisteminə aid olan etibarlı elektrik enerji mənbəyinə qoşulması nəzərdə tutulurdu. Layihə çərçivəsində həyata keçiriləcək işlərə aşağıdakılar daxildir:
- Layihələndirmə və Sənədləşdirmə
- Satınalmalar
- Təchizatla bağlı zəruri icazələrin və texniki şərtlərin alınması
- Qoşulma nöqtələrində (lazım gələrsə yarımstansiyalarda) Tənzimləmə İşləri
- Yüksək Gərginlikli Elektrik Hava Xəttinin Dayaqları üçün zəruri torpaqların daimi və müvəqqəti əsaslarla əldə edilməsi
- Yüksək Gərginlikli Elektrik Hava Xəttinin Dayaqlarının Hazırlanması (qaynaq, cilalama, rəngləmə)
- Tikinti İşləri (Qazma, Quraşdırma, Kipləşdirmə, Kabel Xəttinin Çəkilməsi)
- Klinli siyirtmə üçün transformator sisteminin tədarükü və transformatorların quraşdırılması
- İstismara vermə və Təhvil-təslim
|