BİZİM ÇALIŞQANLIĞIMIZ - SİZİN UĞURUNUZDUR
AZ EN
BİZİM MİSSİYAMIZ

Missiyamız bütün müştərilərimizə yüksək keyfiyyətli mühəndislik və texniki konsaltinq xidmətləri göstərməkdir.

 
     HAQQIMIZDA   

2005-ci ildə yaradılmış bir şirkət olaraq biz hal-hazırda müştərilərimizi geniş çeşidli texniki xidmətlər, eləcə də texniki məsləhətlərlə təmin edirik. Biz aşağıda sadalanan sahələrdə ixtisaslaşırıq:

Şirkətimizin nisbətən gənc olmasına baxmayaraq, biz öz peşəkarlığımız və yerinə yetirdiyimiz hər bir işdə fərqlənmək istəyimiz sayəsində bir çox nailiyyətlər əldə etmişik. İşimizin canını möhkəm keyfiyyət təşkil edir. Budur bizim uğurlarımızın bir neçəsi:

  • 1015 sahənin layihəsi tərtib olunmuşdur
  • 836 icarə müqaviləsi imzalanmışdır
  • 750 sahə inşa edilib müştəriyə təhvil verilmişdir
  • 135 transformator quraşdırılıb
  • 163000 metr yüksək gərginlikli enerji xətti çəkilmişdir
  • TelcoPlus müştəriyə yardım sistemi yaradılmışdır
  • Azercell üçün elektrik şəbəkəsinin istismarı
  • İSO 9001:2000 beynəlxalq standartı üzrə qeydiyyat sertifikatının alınması
  • OHSAS 18001 beynəlxalq standartı üzrə qeydiyyat sertifikatının alınması
  • ISO 11801 (kabel çəkilməsi) beynəlxalq standartı üzrə qeydiyyat üçün hazırlıq

Xidmətlərimiz haqqında daha ətraflı məlumatı xidmətlər bölməsi-ndə əldə edə bilərsiniz.